
Monitorinq və Nəticələr
Avropa Zubru Monitorinqi Heyvanların sağlamlıq vəziyyətləri və Şahdağ Milli Parkında Avropa zubru populyasiyasının yaradılması haqqında etibarlı məlumatların təmin edilməsi üçün üç üsulla nəzarət həyata keçirilir: I) seçilmiş yetkin dominant dişi zubrlara GPS/VHF radio xaltaları taxılıb II) milli parkda foto tələlər quraşdırılıb III) milli parkda illik qış siyahıyaalması həyata keçiriləcək.
İlk Nəticələr 2018/2019-cu illərdə reintroduksiya mərkəzi və zubrların vəhşi təbiətə alışması üçün ərazi hazırlanaraq tam istifadəyə verilib. Şahdağ Milli Parkının işçi heyəti Avropa zubrlarına nəzarət etmək, onları qorumaq və idarə etmək üçün təlim keçib və avadanlıqlarla təmin edilib. Eyni zamanda yerli baytarlar zubrların sağlamlıqlarına nəzarət edilməsi, onların saxlanması və müalicə edilməsi ilə əlaqədar xüsusi təlim keçib; onlara eyni zamanda mövcud şərtlərdə müvafiq müalicə üçün xüsusi baytar avadanlıqları təqdim olunub. IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu yaxın kəndlərdə, xüsusən, məktəblərdə uşaqları və yerli əhalini bu növlərin qaytarılması və reintroduksiyanın məqsəd və səbəbləri ilə bağlı maarifləndirmək məqsədilə maarifləndirmə kampaniyaları həyata keçirib. 2019-cu ildən sonra proqram tərəfindən Avropadan (adətən Almaniya/"Tierpark" Berlindən) Azərbaycana azı bir daşınma təşkil olunub. Bu günə qədər (2022-ci ilin may ayı) reintroduksiya mərkəzinə 26 heyvan gətirilib. 2022-ci ilin may ayında Ümumdünya Təbiəti Mühafizə Fondu və "Tierpark" Berlin 2028-ci ilə qədər EAZA/EEP proqramı çərçivəsində 70 baş zubrun (LC xətti) Azərbaycana gətirilməsi ilə bağlı razılıq əldə edib. İlk heyvanların reintroduksiya mərkəzinə gətirildiyi 2019-cu ildən bəri 7 bala (5 erkək, 2 dişi) doğulub. Hazırkı populyasiya 31 heyvandan ibarətdir (2022-ci ilin iyun ayı). 2021-ci ilin dekabr ayında 20 heyvandan ibarət ilk qrup Şahdağ Milli Parkının əsas ərazisinə buraxılıb.