Daşınma

Avropa zubrunun seçilməsi, daşınması və reintroduksiyası prosesi

 

Reintroduksiya prosesi üçün uyğun heyvanların təmin edilməsi məqsədilə EAZA/Avropa zubru üçün “Heyvanların Yetişdirilməsi Proqramı”nın koordinatoru zubrların yetişdirilməsi ilə məşğul olan tərəflərlə birlikdə hər il Şahdağ Milli Parkındakı reintroduksiya mərkəzi üçün 10 başa qədər Avropa zubru seçir. Zubrların yetişdirilməsi ilə məşğul olan tərəflər seçilmiş heyvanları layihəyə bağışlayır və heyvanların əksəriyyəti ilk növbədə "Tierpark" Berlinə, daha sonra isə reintroduksiya ərazisinə gətirilir. "Tierpark" Berlində heyvanların sürü formalaşdırması təmin edilir və daha sonra onlar Azərbaycana daşınmaq üçün hazırlanır. Daşınma vaxtını mümkün qədər azaltmaq üçün heyvanlar yük avtomobili ilə xüsusi hazırlanmış konteynerlərdə "Tierpark" Berlindən Frankfurtda Han Hava Limanına daşınır. Buradan isə heyvanlar təyyarə ilə Azərbaycana/Bakıya və oradan yük avtomobili ilə reintroduksiya mərkəzinə gətirilir. Daşınma prosesində heyvanlara baytar və vəhşi təbiət mütəxəssisi tərəfindən nəzarət edilir.

 

Reintroduksiya prosesi bir neçə mərhələdən ibarətdir. Avropadan gətirildikdən sonra heyvanlar daşındıqları konteynerlərin yaxınlığında nəzarət, idarəetmə və zəruri olduğu halda müalicə imkanının olması üçün hasarlanmış adaptasiya ərazisinə buraxılır. Hasarlanmış adaptasiya ərazisində Avropa zubrunu idarə etmək və zəruri olduğu halda heyvanları ayırmaq üçün 2 ağıldan ibarət olan saxlanma ərazisi olur. Birinci mərhələ eyni zamanda karantin dövrü rolunu oynayır. Bundan sonra heyvanlar bu sahənin yanında, elektrik çəpəri ilə hasarlanmış, təxminən 300 ha vadini əhatə edən vəhşi təbiətə alışma ərazisinə buraxılır. Zubrların vəhşi təbiətə alışması üçün ərazidə heyvanlar qapalı sahədə qalmaqla yeni yaşayış mühitlərinə tam adaptasiya olmaq hazırlanır. Əlavə qida minimal həcmdə və sadəcə ehtiyac olduqda (məsələn, qışda) təmin olunur.

 

Zubrun sağlamlıq vəziyyəti və davranışı heyvan baxıcıları və Milli Parkın əməkdaşları tərəfindən yaxın nəzarətdə saxlanır. Hər hansı müalicəyə ehtiyac olduqda Avropa zubru ilə bağlı təcrübəsi olan baytarlardan ibarət komanda layihə üçün konsultasiyalar verir. Heyvanların vəziyyəti yaxşı olduqda və onlar təbii davranın, yaxşı sürü formalaşdırdıqları halda Milli Parkın əsas ərazisinə buraxılır. Layihənin məqsədi 2028-ci ilə qədər azı 100 heyvandan ibarət populyasiyaya nail olmaq üçün hər il təxminən 10 fərdin Şahdağ Milli Parkına gətirilməsindən ibarətdir. Bütün heyvanlar eyni iki mərhələli adaptasiya və vəhşi təbiətə alışma prosedurundan keçəcək.

Bu, sürüdə balaların doğulması ilə birlikdə uzunmüddətli dövrdə yaşamağa qabil populyasiyanın tədricən formalaşdırılmasına kömək edəcək. Populyasiya artdıqca ekoturizm üçün iqtisadi imkanlar yaranacaq.