İntensiv ovlanma və yaşayış mühitinin məhv edilməsi nəticəsində Avropa zubru 1920-ci illərdə nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş, axırıncı sərbəst otlayan Avropa zubru 1927-ci ildə Böyük Qafqazın qərbində vurulmuşdu. Hazırda mövcud olan bütün zubr qrupları bir sıra zoopark və vəhşi heyvan parklarında saxlanmış 12 baş heyvandan törəyib.
